Hal-hazırda bir çox həkim bu vizaya müraciət edir. Almaniya səfirliyinin saytında olan yaddaş vərəqəsi o qədər qarışıq yazılıb ki çoxları onu başa düşməkdə çətinlik çəkir və FSP Viza sənətlərinin toplamaqda problem yaşayır. Buna görə də bu məqalədə viza ucun lazim olan senedler qısa və anlaşılan şəkildə yazacağam. FSP üçün visa 3 ay müddətinə verilir. 2023-cü ilin fevral ayından etibarən FSP viza sənətləri vizametrik tərəfindən qəbul olunur. Bu o deməkdir ki artıq viza terminini də vizametrikin saytından götürəcəksiniz.
Viza almaq üçün ne lazimdir?
Aşağıdakı sənədlərin əsli və 2 ədət kopyası təqdim olunmalıdır:
- Xarici pasport ən az 2 boş səhifəsi olmalıdır. Pasportunuzda möhür olan səhifələr və əvvəllər şengen və ya milli viza almısınızsa həmin vizalar oğlan səhifələrin surəti də əlavə olunmalıdır.
- Ərizə forması – Antrag 2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış milli viza üçün ərizə forması. Ərizə formasını almaniya səfirliyinin saytında online doldurmaq lazımdır. Ərizəni bu linkdən doldura bilərsiniz
- 2 ədəd biometrik pasport şəkli (3,5×4,5; 6 aydan köhnə olmamalı)
- Viza rüsumu ()
- FSP imtahan tarixinin rəsmi təsdiqi (Einladung)
- B2 Alman dili sertifikatı. Telc, Goethe, ÖSD, TestDaF kimi beynəlxalq sertifikatlar tanınır
- Diplom və diplom əlavəsi
- Almaniyada qalcağınız yer haqqında təsdiq. Ölkəyə giriş tarixindən etibarən ən az imtahan tarixinədək olan müddət üçün olmalıdır
- Üç aylıq müddəti əhatə edən Bank hesabı sübut edən arayış. Bank hesabı (Sperrkonto) alman bankında olmalıdır. Hesabınızda bir ay üçün ən az 1.028 Avro pul olmalıdır. Və ya öhdəlik haqqında rəsmi bəyannamə/ Verpflichtungserklärung. Bank hesabını necə açmaq olar bu məqalədə izah edirəm. Hesab açmaq üçün fintiba saytına buradan daxil ola bilərsiniz.
- 90 gün müddətinə tibbi sığorta haqqında sənəd
Viza müraciətində nələrə diqqət etmək lazəmdır?
Təcrübələrimiz göstərir ki son vaxtlar visa ərizəsinə rədd cavabı alanların sayı getdikcə artmaqdadır. FSP vizası müraciətində edilmiş kiçik bir səhv belə sizin viza almağınıza manə ola bilər. Bununla yanaşı siz səfirliyə yalnış məlumat vermiş hesa olunursunuz. Ona görə də məsləhət görülür ki viza sənədlərinin hazırlayarkən çox diqqətli olasınız və ya işlə məşğul olan konsultasiya şirkətinə müraciət edəsiniz. Uğurlar!
Digər almaniya vizası üçün hansı sənədlər lazımdır ?
Məsələn Ailə birləşməsi, Ausbildung və s. haqda da daha ətraflı digər məqalələrimizdə tanış ola bilərsiniz.