Bloklanmış hesab (Sperrkonto) Almaniya səfirliyi tərəfindən tələb olunan və sizin səfərinizi maliyyələşdirə bildiyinizi təstiq edən sənəydir.Aşağıdakı addımları yerinə yetirməklə bloklanmış hesabı bir neçə dəqiqə ərzində asanlıqla onlayn aça bilərsiniz.
Fintiba bloklanmış hesabı kimlərə lazımdır?
Almaniyada təhsil almaq istəyənlər Ausbildung edəcəklər, Almaniyada iş axtaranlar və digərləri üçün tələb olunur.
1. Fintiba saytına daxil olun
İlk olaraq, Fintiba rəsmi veb saytına bu linkdən daxil olun. Saytın əsas səhifəsində “Hesab Aç” düyməsini tapın və ona klikləyin.
2. Qeydiyyatdan keçin
Fintiba hesabı növünü seçin: Fintiba hesabı növlərindən – Fintiba Basic: sadəcə Bloklanmış Hesab və ya Fintiba Plus: Sığorta daxil olan paketi seçin.
Şəxsi məlumatları daxil edin: Tələb olunan məlumatları daxil edərək şəxsi məlumatlarınızı qeyd edin. Ad, soyad, doğum tarixi, e-poçt ünvanı və telefon nömrəsi kimi məlumatları daxil etməlisiniz.
Şərtləri qəbul edin: Fintiba-nın İstifadəçi Şərtləri və Məxfilik Siyasətini oxuyub qəbul etmək lazımdır.
Səfirliyin viza növünə uyğun olaraq tələb etdiyi aylıq məbləği və müddəti daxil edin. Bu məbləğ hər zaman yenilnəndiyinə görə aktual olaraq miqdarı Almaniya səfirliyinin saytından əldə edə bilərsiniz.
3. E-Mail təstiqi
Təsdiq kodunu daxil edin: E-poçt ünvanınıza göndərilən təsdiq kodunu daxil edin. Bu, sizin e-poçt ünvanınızı təsdiq etmək üçün vacibdir.
Video identifikasiya prosesi: Fintiba, istifadəçilərinin şəxsiyyətini video təsdiq prosesi ilə təsdiq edir. Bu prosesi başa çatdırmalı və şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz.
4. Sənədləri yükləyin
Pasportunuzun surətini yükləyin. Qeydiyyatdan keçdikdən və bütün sahələri doldurduqdan sonra şəxsiyyətinizi təsdiqləmək üçün istifadə olunacaq pasportunuzun surətini yükləməlisiniz.
Sonra bloklanmış hesabınızın qurulmasını gözləyin. Bloklanmış hesabın Sutor Bankda qurulması təxminən 10 dəqiqə çəkir.
5. Bank hesabına Pulun Köçürülməsi
Bundan sonra siz IBAN alacaqsınız və sonra pulunuzu köçürə bilərsiniz. Bundan sonra bloklanmış hesabınızın uğurla açıldığı barədə sizə e-poçt məktubu gələcək. Bu e-poçtda həmçinin Sutor Bank-ın IBAN-ı var, siz daha sonra pul məbləğini Azərbaycandakı hər hansı bir banka yaxınlaşaraq köçürə bilərsiniz. Sonra beynəlxalq transferin baş tutmasını gözləyin. Köçürmə növündən asılı olaraq pul köçürməsi bir neçə gün çəkə bilər.
Və sizin bloklanmış Fintiba hesabı hazırdır vizaya müraciət edə bilərsiniz
Bundan sonra Fintibadan bildiriş məktubu alacaqsınız. Pul açılmış bloklanmış hesabınıza köçürüldükdən sonra siz bütün məlumatların və bloklanmış hesabın təstiq edən sənədin olduğu e-poçt vasitəsilə bildiriş alacaqsınız.
Daha sonra siz digər sənədlərlə birlikdə kifayət qədər maliyyə resurslarının sübutu kimi viza müraciətiniz üçün sənədi Almaniya Səfirliyinə təqdim edə bilərsiniz.
Çox soruşulan suallar:
1Fintiba bloklanmış hesab üçün sənədlərin siyahısı
Fintiba-da bloklanmış hesabı açarkən yalnız pasportunuzun skan edilmiş surətini təqdim etməlisiniz. Pasportunuz səfirlikdəki viza ərizənizlə birlikdədirsə, şəxsiyyət vəsiqəniz və səfirliyin qəbul kartı ilə birlikdə şəklinizi yükləməlisiniz.
2Fintiba bloklanmış hesab formasını necə doldura bilərəm?
Bloklanmış hesabınızı Fintiba ilə açdığınız zaman ərizə formasını tamamilə onlayn doldurmalısınız. Yol boyu sizə bundan sonra nə edəcəyinizi bildirən avtomatlaşdırılmış təlimatlar var. Siz yalnız şəxsiyyətiniz, milliyyətiniz, Almaniyaya səfərinizin səbəbi (tələbə, iş axtaran, praktikant, au pair və s.) haqqında suallar verməlisiniz.
3Fintiba ilə bloklanmış hesabı açmaq nə qədər başa gəlir?
Fintiba ilə bloklanmış hesab açdığınız zaman siz 89 avro quraşdırma haqqı və 4,90 avro aylıq texniki xidmət haqqı ödəməlisiniz. Siz həmçinin bankdan əlavə köçürmə haqlarını ödəmək üçün €100 əlavə depozit təqdim etməli ola bilərsiniz.
4Fintiba ilə bloklanmış hesabı açmaq nə qədər vaxt aparır?
Bloklanmış hesabı açmaq təxminən 10 dəqiqə çəkir. Ancaq Rusiya, Ukrayna, Kuba, İran, Suriya, Şimali Koreya və ya Krım bölgəsindənsinizsə, daha uzun sürəcək. Bunun səbəbi, bu ölkələr üçün sürətli onlayn xarakter yoxlamasının olmaması və işçi heyətin onları əl ilə yoxlamalı olmasıdır.
5Viza rədd edilərsə, Fintiba pulumu qaytaracaqmı?
Bəli, vizanız rədd edilərsə, siz bloklanmış hesabdan pulu bütün ilkin və aylıq ödənişlərlə birlikdə geri alacaqsınız. Bununla belə, əgər bank sizdən beynəlxalq köçürmə üçün pul tələb edibsə, siz 100 avroluq bufer məbləğinin tam geri qaytarılmasını ala bilməyəcəksiniz. Adətən dörd həftə ərzində pulu geri alacaqsınız.
Related posts
Azərbaycan universiteti balları, Almaniyada Təhsil, Alman qiymətləndirmə sistemi, bal çevirici, təhsil sistemi müqayisəsi, beynəlxalq təhsil standartları