Alman dilində salamlaşma, insanlar arasında münasibət qurmaq və ünsiyyət üçün əhəmiyyətlidir. Alman dilində salamlaşma üçün başlıca ifadələri aşağıdakı kimi qeyd edə bilərik:
Guten Morgen – Sabahınız xeyir (səhər vaxtı)
Guten Tag – Gününüz xeyir (gündüz vaxtı)
Guten Abend – Axşamınız xeyir (axşam vaxtı)
Formal salamlaşmalarda “Herr” (Bəy) və “Frau” (Xanım) sözlərini də əlavə edərək, məsələn, “Guten Tag, Frau Schmidt” kimi salamlaşa bilərsiniz.
Hallo – Salam (hər hansı bir vaxt istifadə oluna bilər)
Hi – Salam (daha çox gənclər arasında yayımlanmışdır)
Servus – Salam (Avstriya və Cənubi Almaniya bölgələrində istifadə olunur)
Moin – Salam (Şimali Almaniya bölgələrində istifadə olunur)
Qeyri rəsmi salamlaşmalarda adətən, adı ilə çağırmaq kifayətdir, məsələn, “Hallo, Michael” kimi.
@alman_dili_mediline #deutsch #deutschland #residenturen #fsp #fyp #mediline #ausbildung #almandilii #resident #konversation ♬ original sound – alman_dili_mediline
Auf Wiedersehen – Sağolun, görüşənədək (formal sağollaşma)
Tschüss – Sağol, görüşənədək (Qeyri rəsmi sağollaşma)
Bis später – Sonra görüşərik
Bis bald – Təzliklə görüşərik
Alman dilində salamlaşma sözlərini öyrənmək, başqa insanlarla münasibətlər qurmaqda və özünüzü daha yaxşı ifadə etməkdə yardımcı olacaq.
Alman dilini daya mükəmməl öyrənmək üçün Mediline alman dili mərkəzinə baş çəkə bilərsiniz
Başqa məqalələrimizə də baxın: